image-tbrz
image-bdd503d5-80c3-47d5-9a71-1eee9f6f817cbackend

Qəzzada güclü fırtına baş verdi

Qəzzadə fırtına baş verib.

İNFOAZ.WS CNN-ə istinadla bildirir ki, soyuq və yağış köçkün fələstinlilər üçün əlavə təhlükə yaradır.

Qəzza Zolağındakı İsrail hava hücumlarından dəfələrlə köçkün düşən yüz minlərlə fələstinli indi daha bir təhlükə ilə üzləşir.

30 noyabr Qəzzaya çatan ilk güclü fırtına anklavın bütün bölgələrində hiss olunub.

Qəzzanın mərkəzində yerləşən müvəqqəti köçkün düşərgəsində minlərlə ailə yüksək dalğalar, güclü külək və yağışlarla mübarizə aparıb.

Fələstin qaçqınları üzrə BMT Yardım və İş Agentliyinin rəhbəri çərşənbə axşamı X platformasında paylaşdığı yazıda, qış gəldikcə Qəzzadakı insanların “hər şeyə ehtiyac duyduğunu, amma çox az şeyin gəldiyini” vurğulayıb.

“Qəzzada qış o deməkdir ki, insanlar təkcə hava hücumları, xəstəliklər və aclıq səbəbindən ölməyəcək. Qəzzada qış o deməkdir ki, insanlar, xüsusilə də yaşlılar və uşaqlar soyuqdan titrəyərək öləcək,” deyə Filippe Lazzarini qeyd edib.

Qeyd edək ki, Həmasın 7 oktyabr hücumlarından sonra başlayan bir illik müharibə nəticəsində ən azı 1,9 milyon insan köçkün düşüb.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki