image-tbrz
image-9backend

Qarlı havada 55 nəfər xəsarət alıb – YENİLƏNİB

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.

Bu barədə İNFOAZ.WS-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfərə cərrahi müalicə tətbiq olunub.

***

12:08

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB-dən İNFOAZ.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 1 nəfər isə hospitalizasiyadan imtina edib.

***

10:22

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Bu barədə İNFOAZ.WS-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfərə cərrahi müalicə tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki