image-tbrz
image-img_8089backend

Qarlı havada 15 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Bu barədə İNFOAZ.WS-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfərə cərrahi müalicə tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki