image-tbrz
image-photo_173309backend

Qabonun keçid dövrü Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Prezident İlham Əliyevi təbrik edib.

İNFOAZ.WS xəbər verir ki, təbrik məktubunda deyilir:

“Cənab Prezident.

Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı çatdırıram.

Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksək mənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkür və ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir.

Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik və alicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bu günün əsas çağırışları qarşısında fəaliyyətimizi birləşdirəcək.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki