image-tbrz
image-putin-platovbackend

Putin açıqladı: Biz İranı dəstəkləyirik!

Moskva bütün öhdəliklərini yerinə yetirir və Tehranı öz qanuni maraqları, o cümlədən dinc nüvə sektoru uğrunda mübarizədə dəstəkləyir.

İNFOAZ.WS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

“Biz İranla müəyyən dostluq münasibətlərini inkişaf etdirmişik. Birincisi, bu baxımdan həmişə bütün öhdəliklərimizi yerinə yetiririk. İranı qanuni maraqları uğrunda mübarizədə, o cümlədən dinc nüvə sektorunda maraqları uğrunda mübarizədə dəstəkləyirik. Və biz həmişə bu mövqeyi tutmuşuq. Bu işdə və bu münaqişədə fundamental mövqeyimiz dəyişməyib”, – prezident bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki