image-tbrz
image-55backend

Prezident SOCAR-ın prezidentinə daha bir vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İNFOAZ.WS sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının (bundan sonra – Dövlət Komissiyası) aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

Dövlət Komissiyasının üzvləri

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

PAŞA Holdinqin Baş icraçı direktoru

NEQSOL Holdinqin Baş icraçı direktoru

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

2. Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərsin.

4. “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111 (Cild I) ləğv edilsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki