image-tbrz
Prezident Fərman İMZALADIbackend

Prezident ona yüksək vəzifə verdi – SƏRƏNCAM

Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

ADY-dən verilən məlumata görə, Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə Azərbaycan Dəmir Yolları QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki