image-tbrz
Polşa prezidentinin sərhəddə nə işi var? - "Kəşfiyyat məlumatları toplayırlar"backend

Polşa prezidentinin sərhəddə nə işi var? – “Kəşfiyyat məlumatları toplayırlar”

Bildiyimiz kimi Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla sərhədə gedib.Bəs,bunun altında hansı səbəblər var?

Mövzu ilə bağlı, politoloq Elçin Xalidbəyli “İNFOAZ.WS”-ə bildirib ki,Polşa prezidentinin bu səfəri açıq-aşkar təxribat xarakteri daşıyır:

Elçin Xalidbəyli: Azərbaycan Qərbin məkrli planlarını bloklayır və ideoloji hücumlara cavab verir- ÖZƏL

“Polşa Avropa birliyinin tərkibində yer alan ölkədir. Həmçinin,Polşa Fransadan ortaq hərəkət etməyə üstlünlük verən bir dövlətdir. Ona görə də ,Polşa Azərbaycanın enerji resuslarını idxal etsə də Fransa kimi daha çox Ermənipərəst mövqedən çıxış etməyə cəhd göstərir”.

Politoloq həmçinin bildirib ki,Polşa dövləti Avropa Birliyinin müşahidə missiyasinin  tərkibində də yer alır. Artıq heç kimə sirr deyil ki,bu birliyin tərkibi hərbiçi və kəşfiyyatçılardan ibarətdir. Avropanın bu qrumu Cənubi Qafqazda kəşfiyyat məlumatları toplamaqdan başqa heç nə ilə məşğul olmurlar.

Polşa prezidenti də,həmin qrumun yerləşdiyi bölgələrə səfər etməklə Azərbaycana qarşı təxribatların iştirakşısı olduğunu artıq təstiq etmiş oldu. Ona görə də ,Polşanin Fransa və Avropa birliyinin digər Ermənipərəst dairələri ilə hərəkət etməsi qətiyyən təəccüblü deyil.

Fidan Xəlilova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki