Ermənistan Baş naziri Nikol Paşinyanın korteji qəzaya düşüb.
İNFOAZ.WS xəbər verir ki, bu barədə hraparak.am saytı məlumat yayıb.
Erməni saytı məlumatı hadisə şahidlərinə istinadən tirajlayıb.
Sünik rayonundan qayıdan Paşinyanın korteji Armaş kəndində qəzaya düşüb, mühafizəçilərdən bəziləri də yaralanıb.
Xəbərdə bildilir ki, Paşinyanın kortejindəki maşınlardan biri Yurik Şahnazaryan adlı yerli sakinin avtomobili ilə toqquşub. Qəzada xəsarət alan Şahnazaryanın da təcili yardım maşını ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata görə, Ermənistan lideri kortejdə olmayıb. O, səfərdən helikopterlə qayıdıb. Onu müşayiət edən kortej isə sürətlə İrəvana qayıdırmış.
Ermənistan Daxili İşlər Nazirliyindən bildiriblər ki, avtomobil qəzasında iştirak edən patrul avtomobilinin Paşinyanın korteji ilə heç bir aidiyyəti yoxdur.
Nazirlikdən dəqiqləşdirmələr aparıldığı və əlavə açıqlama veriləcəyi də bildirilib.
Qeyd edək ki, bu, Paşinyanın kortejinin iştirakı ilə baş verən ilk qəza hadisəsi deyil. Bir neçə il əvvəl Ermənistan liderinin korteji hamilə Sona Mnatsakanyanı vurub, o, dünyasını dəyişib. (teleqraf)