Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ məsələsinin bitmədiyi və hərəkatın davam etdirilməsi olduğuna dair çağırışlarına münasibət bildirib.
İNFOAZ.WS Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir bununla bağlı jurnalistin sualını cavablandırıb.
“Mən deyirəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək. Serj Sərkisyan 2018-ci ildə hakimiyyətdə olduğu illərdə nə dediyinə dönüb yenidən nəzər salsın”, – Paşinyan bildirib.
Qeyd edək ki, Serj Sərkisyan ötən günlərdə partiyasının üzvləri və tərəfdaşlarını bir araya toplayaraq böyük iclas keçirib. Burada çıxışı zamanı Ermənistanda təkrar mübarizəyə başlayacaqlarını və mövcud iqtidarın hakimiyyətdən göndərilməli olduğunu söyləyib. O, həmçinin Qarabağ məsələsinin bağlanmadığını və heç vaxt da bağlanmayacağını bildirib.