Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Əhməd Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Azərbaycan HDQ-ni ziyarət ediblər.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistanın dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, “Şərəf kitabı”nı imzalayıb. Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.