image-tbrz
image-20backend

Ötən il Azərbaycanda bal istehsalı 13%-dən çox azalıb

Ötən il Azərbaycanda 30 601 təsərrüfatda mövcud olan 579,0 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub.

Bu barədə İNFOAZ.WS-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun – 16,5 manat, vərəmumun – 109,7 manat, güləmin – 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1% azalıb, bal istehsalı 13,5%, güləm istehsalı 88,8% artıb, mum istehsalı 23,5%, vərəmum istehsalı 43%, arı südü istehsalı 14,9%, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4% azalıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki