Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə İNFOAZ.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.