image-tbrz
image-11backend

Ötən ay Azərbaycanda 243 avtomobil istehsal edilib

2025-ci ilin yanvar ayında Azərbaycanda 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.

İNFOAZ.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azalıb.

Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 141 ədəd minik, 4 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki