image-tbrz
OMON azərbaycanlı iş adamının ofisinə basqın etdibackend

OMON azərbaycanlı iş adamının ofisinə basqın etdi

Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışlar aparılır.

İNFOAZ.WS Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlılar və müstəntiqlər Lujnikidəki ofisə basqın ediblər:

“Onlar sənədləri müsadirə edib, işçilərin ofisdən çıxmasına imkan verməyiblər”.

Qeyd edək ki, “Railgo” əslən azərbaycanlı olan Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur. Rəhman Xəlilov Azərbaycan əsilli rusiyalı oliqarx İsgəndər Xəlilovun oğludur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki