image-tbrz
Ofeliya Sənaninin son durumubackend

Ofeliya Sənaninin son durumu

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.

Bu barədə APA-ya Xətai Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:

“Hazırda vəziyyəti qənaətbəxşdir”.

“Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi”, – deyə məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki