Qarlı hava şəraiti paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaratmayıb.
Bu barədə İNFOAZ.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, NİİM-in müşahidə kamerlarının təsir zonasında yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması müşahidə edilməyib. “Gecə saatlarında Zığ dairəsi- Hava limanı yolunda, Heydər Əliyev prospektində, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda buzlaşma olduğundan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib, müvafiq olaraq bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Bununla yanaşı, təhlükəsizliyi təmin etmək, baş verə biləcək qəzaların, texniki nasaz avtomobillərin yolda qalması səbəbindən yaranan nəqliyyat sıxlığını vaxtında aradan qaldırmaq üçün yol polisinə mütəmadi məlumatlar ötürülür”.