Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
İNFOAZ.WS-ın “Unikal”a istinadən məlumatına görə, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.
Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.