Biz İran tərəfi ilə bu ölkənin ərazisindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Ermənistandan yan keçən marşrut üzərində çalışırıq. Avtomobil yolu hissəsi artıq hazırdır. İndi orada körpü inşa edilir. İran tərəfi ilə dəmir yolu hissəsinə dair danışıqlar gedir.
İNFOAZ.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA-da keçirilən “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən deyib.
“Azərbaycan və İran öz aralarında razılığa gəlməlidirlər, çünki Ermənistan bu hissədə bizə maneə törədir. Biz oturub gözləyə bilmərik. Biz Ermənistandan yan keçəcək marşrutu inşa etməyə dair razılığa gəldik. Onlar isə regionda dalan olmaqda davam etsinlər. Beləliklə, praktiki baxımdan bizim ikitərəfli gündəliyimizin vacib amili olacaqdır”, – Prezident əlavə edib.