image-tbrz
image-unnamedbackend

“Nar Mobile” oğurluqla məşğuldur – İDDİA

“Nar Mobile” oğurluqda ittiham olunur.

İNFOAZ.WS xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi paylaşımda bildirdiyi narazılıqda qeyd edib.

O söyləyib ki, “Nar Mobile” razılıq vermədən nömrəsini kampaniyaya qoşub və balansından vəsait silib:

“Sentyabrın 13-də “Nar”dan mənə belə mesaj gəlib. “Xususi olaraq sizin uchun! Ilk 2 gun 150 shebekedaxili ve 10 shebekexarici deqiqe PULSUZ! Sonra ise gundelik cemi 0.2 AZN. Deaktiv etmek uchun *788*107#YES yigin”. Mən də ümumiyyətlə “Mesajlar” qutusuna baxmıram. Məsələdən sentyabrın 27-də xəbər tutdum və dərhal “kampaniya”nı dayandırdım. “Nar Mobile” mənim icazəm və xəbərim olmadan iki həftə balansımdan pul tutub, hansı ki mənim o “hədiyyə”lərə ehtiyacım yoxdur. Kampaniya barədə mesaj göndərməyi başa düşüləndir, amma mən razılıq vermədən məni kampaniyaya qoşması dələduzluqdur, oğurluqdur”.

İstifadəçi həmçinin qeyd edib ki, etirazını bildirmək üçün “Nar Mobile”nin Qaynar xətti ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri boşa çıxıb.

image-d0c01b43-35d5-42b6-9fa7-6258ef3db8cf

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki