image-tbrz
image-1588598083_narbackend

“Nar” dörd rouminq paketini ləğv edir – SİYAHI

Azərbaycanın mobil operatoru “Nar” rouminq paketlərində yenilik edəcəyini açıqlayıb. 

1 iyul tarixindən etibarən “Rouminq 9″, “Rouminq 15”, “Rouminq 20”, “Rouminq 28” paketləri ləğv olunacaq.

Əvəzində isə səyahət zamanı müştərilərə digər internet paketləri təqdim olunur. Onların qiymətləri isə aşağıdakı kimidir:

● 200 MB, 1 gün, 3.90 AZN
● 1.5 GB, 10 gün, 19.90 AZN
● 5 GB, 30 gün, 34.90 AZN

Qeyd edək ki, bundan əvvəl “Azercell” və “Bakcell” tariflərini yeniləyib. Həmin tariflərə görə, xəttin açıq qalması balansa yüklənən məbləğin nominalına və nömrənin qoşulduğu tarifin təqdim etdiyi imkanlara görə müəyyən olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki