“Nar Mobile” -dən şikayətlər gəlməyə davam edir.
İNFOAZ.WS xəbər verir ki, bu barədə yenidən redaksiyamıza şikayət daxil olub:
“Şikayətim Nar-dandır.Tarifi özbaşına qiymətini qaldırmaq nədir? Operatorunuz Nəzrin xanım deyir ki, biz hər abunəçiyə mesajla göndərə bilmərik, tarif qiymətini deyirəm ki, necə olur özünüzə sərf edən endirimləri göndərirsiz bunu yox. Bu özbaşınlıq deyil nədir. Həttda deyirlər ki, siz nar.az saytından baxardızda. Niyə, mən nar.az-a girməliyəm? Mənə narın saytı lazımdır??? Və bu gündən narla olan 10 illik abunəliyimi ləğv edirəm, haram yeyə-yeyə hara gedəcəksiniz? Söhbət 3.79-dan getmir, söhbət sizin bu qanunsuz hərəkətlərinizdən gedir.”