image-tbrz
image-57backend

MSK bələdiyyə seçkilərinin nəticələrini elan etdi

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edir.

İNFOAZ.WS xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında müzakirə aparılır.

Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə – 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var idi.

***

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib.

Yekun nəticələrə əsasən 681 bələdiyyənin tam tərkibdə formalaşması, 1 bələdiyyənin isə tam tərkibdə formalaşmadığı qərara alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki