image-tbrz
image-moskva-1backend

Moskvadan Bakıya hücum təhdidi

“Birinci Kanal”ın təbliğatçısının “Azərbaycanı dayandırın” çağırışı nədən xəbər verir?

“Birinci Kanal”ın təbliğatçısı Ruslan Ostaşko açıq şəkildə bildirib ki, Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına endirilən zərbə “Moskvadan Bakıya siqnaldır”.

İNFOAZ.WS musavat-a istinadən xəbər verir ki, bu barədə “Minval – LIVE” Telegram kanalı məlumat yayıb. Onun sözlərinə görə, “Azərbaycanın Rusiyadan yan keçərək, hətta mövcud infrastrukturdan istifadə etməklə təchizat qurmaq cəhdləri dayanmalıdır”.

Bu sözlər faktiki olaraq Kremlin terroru siyasi alətə çevirdiyini etiraf etməsi deməkdir.

Bu, Rusiyanın media təmsilçiləri vasitəsilə Azərbaycanın müstəqil enerji siyasətini və Qərblə əməkdaşlıq hüququnu hədəfə alması, ölkəmizə açıq təhdidlər yönəltməsidir.

Ostaşkonun açıqlamaları sadəcə həyasızlıq deyil, bu, dövlət terrorizminə ideoloji bəraət verməyə cəhddir. Kreml bir daha sübut edir ki, qonşularına qarşı münasibətdə özünü sivil dövlət kimi deyil, silahlı dəstəyə çevrilmiş bir qurum kimi aparır, hansı ki, başqa dövlətlərə necə və kimlə ticarət etməyi diktə etməyə çalışır.

Rusiya artıq zorakılıq, şantaj və xaos üzərində qurulmuş, keçmiş imperiya xülyasından əl çəkməyən bir sistemə çevrilib. Azərbaycan isə bu qurumdan gələn heç bir “siqnalı” qəbul etmir və heç vaxt da qəbul etməyəcək.

Göründüyü kimi, Azərbaycanı dayandırmağa çağırışlar səslənir və hətta terror, təhdidlə ölkəni şantaj etmək istəkləri var. Lakin Rusiya Cənubi Qafqazdakı mövqeyini itirməkdə olduğunu özü də dərk etməkdədir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibə başlatmasından sonra Azərbaycan Avropa məkanında bir qaz ölkəsi kimi daha çox diqqət cəlb etməyə başlayıb. Sergey Koretski də qeyd edir ki, indiki halda Azərbaycan qazının Ukraynaya tədarükü – uzunmüddətli əməkdaşlığa yol açan strateji addımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki