Ötən gün İstanbulda “Sinerji Media” və “Babala” TV-nin təşkilatçılığı ilə “Saygı1” layihəsi çərçivəsində məşhur türk qrupu “Mor ve ötesi”nin konserti baş tutub.
İNFOAZ.WS xəbər verir ki, konsertə Azərbaycandan xüsusi olaraq Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xor Kapellası dəvət olunub.
82 nəfər azərbaycanlı musiqiçidən ibarət olan böyük komanda gecədə 4 mahnı ifa edib.
“Mor ve ötesi”nin Bakıdakı simfonik konsertindən sonra musiqiçilərimizlə əməkdaşlıq həm təşkilatçıların, həm də heyətin xoşuna gəldiyi üçün “Saygı1”də də onları görmək istəyiblər.
Bunun üçün Bakıdan İstanbula uçan musiqiçilərin bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanıb.
“İticket Türkiye”nin məlumatına görə, gecəyə 10 min bilet satılıb.
Bundan başqa, gecədə Edis, Aleyna Tilki, Simge Sağın və Sıla kimi məşhurlar səhnə alıb.