image-tbrz
MN əhaliyə çağırış etdi: 11-15 avqust tarixlərində...backend

MN əhaliyə çağırış etdi: 11-15 avqust tarixlərində…

Müdafiə Nazirliyi (MN) istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesini həyata keçirəcək.

Bu barədə MN-dən məlumat verilib.

“11-15 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə nazirliyin məlumatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki