Ermənistan Respublikasının hökumətinin və Ermənistan xalqının istəyi regionumuzda davamlı sülh qurmaqdır və ilk növbədə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsidir.
Ermənistan sülh sazişi üzrə razılığa gəlindiyini açıqladı
İNFOAZ.WS xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Sülh sazişi layihəsi üzərində razılıq əldə olunub
“Uzun danışıqlardan sonra biz sülh sazişinin layihəsi üzrə mətn üzərində razılığa gəlməyə nail olduq. Həmçinin dərhal sülh sazişinin imzalanma məkanı və tarixi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif etdik.”
Sənəd bütün suallara cavab vermir, amma əsas yaradır
“Bu razılaşdırılmış mətn bütün mümkün suallara cavab verən bir sülh sazişidirmi? Əlbəttə ki, yox. Mən düşünürəm ki, dünyada elə bir sənəd yoxdur ki, bütün mümkün məsələləri əhatə etsin, hər suala cavab versin. Bu sənəd bir əsasdır, münasibətlərin başlanğıcıdır. Təbii ki, hələ də bir çox məsələlər qalır”, – deyə nazir əlavə edib.