Tünzalə Ağayevabackend

“Milli musiqi günümüz mübarək!” – Xalq artisti Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayeva Milli Musiqi günü münasibəti ilə təbrik ünvanlayıb.

Pop ulduz sözügedən paylaşımı şəxsi “İnstagram” hesabında paylaşıb. Ağayeva videoda bunları söyləyib: “Bütün musiqisevərləri, başda peşəkar musiqiçilərimizi, sənətimizin parlaq nümayəndələrini, eləcə də özümü Milli Musiqi Günü münasibəti ilə təbrik edirəm. Bu gün böyük Üzeyir Hacıbəylinin, Azərbaycan musiqi sənətinin banisinin dünyaya gəlişi günüdür. Üzeyir bəy olmasaydı, görəsən mən bu gün harada olardım? Musiqiçi olardım? Bu sualları özümə çox verirəm. Neçə-neçə nəsillər, bəstəkarlar, musiqiçilər yetişdi. Milli musiqi günümüz mübarək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki