image-tbrz
image-image_940x_685a44377ede0backend

Məsciddə TERROR AKTI: 71 ÖLÜ

Nigerin Tillaberi bölgəsində naməlum silahlıların törətdiyi terror aktı nəticəsində 71 dinc sakin həlak olub, ən azı 20 nəfər yaralanıb.

İNFOAZ.WS ajans.az-a istinadən xəbər verir ki, hücum, Manda kəndində namazdan sonra məscidin həyətində toplaşan camaata qarşı həyata keçirilib.

Yerli mənbələrin bildirdiyinə görə, hücumçular camaata qəfil atəş açaraq böyük insan tələfatına səbəb olublar. Qeyd edək ki, bu, bölgədə ilk belə hadisə deyil. Mart ayında Fambita kəndində cümə namazı zamanı törədilən hücumda da 44 nəfər həyatını itirmişdi.

Tillaberi bölgəsi Niger, Mali və Burkina Faso arasında yerləşən və “üç sərhəd zonası” kimi tanınan ərazidədir. Bu ərazi 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı silahlı qrupların intensiv hücumlarına məruz qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki