“Maybach”la F1 yarışına baxmağa gəldi - Həbs olundubackend

“Maybach”la F1 yarışına baxmağa gəldi – Həbs olundu

Xəbər verdiyimiz kimi,  SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O,  iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

İNFOAZ.WS xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə ötən gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar.  Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.

Bildirək ki,  A. Əhmədzadə yarışın keçirildiyi əraziyə “Maybach” markalı “77-AA-555” dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki