image-tbrz
image-kcr97vjrzmck0kc4zwdf2d00sdncchpy6vbvgbjo_1200backend

Malayziyada dəhşətli qəza: Xeyli sayda tələbə həlak oldu

Malayziyanın Perak ştatında avtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 15 universitet tələbəsi ölüb, daha 33-ü xəsarət alıb.

Bu barədə İNFOAZ.WS TASS-a istinadla xəbər verir.

Məlumata görə, 15 nəfərdən 13-ü hadisə yerində, daha ikisi isə xəstəxanada ölüb.

Nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət ediblər. Toqquşma nəticəsində avtobus aşıb, minik avtomobili isə çuxura düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki