image-tbrz
image-51backend

SN: Ölümündən sonra donor olmaq istəyən şəxslərin sayı çox azdır

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə yaxındır.

İNFOAZ.WS xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Cərrahi reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, aparılan təbliğat və təşviqatlara baxmayaraq, mövcud iki illik statistika çox aşağıdır.

Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində orqan donorluğu və transplantasiyası sahəsində ilkə imza atılıb. Meyit donorun orqanları transplantasiya edilib. Bu, Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki