image-tbrz
image-1709034876_1690104755_1668854293_imtahan1-2-768x403backend

Keçid balları artacaq ? – AÇIQLAMA

İxtisas seçimi edərkən abituriyentlər nələrə diqqət etməlidirlər? Ballarda artım və ya azalma gözlənirmi?

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu İNFOAZ.WS-ə bildirib ki, buraxılış imtahanını verdikdən sonra müəyyən qədər təsəvvür yaranır ki, ballarda necə artım və ya azalma müşahidə oluna bilər.

“Blok imtahanı verəndən sonra isə 90%-dən çox ehtimal etmək olur ki, gedişat təxmini necə formalaşacaq. Amma indiki halda abituriyentlər imtahan verməyib deyə dəqiq rəy bildirmək doğru deyil”.

Rizvan bəyin sözlərinə görə, 2024-cü il son illərlə müqayisədə keçid ballarının ən çox qalxdığı il oldu.

“2025-ci ildə ehtimal var ki, artım müşahidə edilməsin. Faktiki olaraq heç bir imtahan verilmədiyi üçün bu, sadəcə ehtimaldır”.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki