image-tbrz
image-e0a44a7b-76bf-452a-8e25-cc7b63266e4cbackend

İsveç Çinə müraciət göndərdi – Baltik dənizində…

İsveç Çindən yardım istəyib.

“İNFOAZ.WS” BBC News-a istinadla xəbər verir ki, noyabrın 17 və 18-də Baltik dənizində İsveçi Litva, Finlandiya və Almaniya ilə birləşdirən kabellər zədələnib.

Məlumata görə, Çin gəmisinin “Yi Peng Three” həmin vaxt ərazidə olduğu və o vaxtdan Danimarka yaxınlığındakı beynəlxalq sularda lövbər saldığı ehtimal edilir.

Wall Street Journal yazır ki, müstəntiqlər gəminin lövbərini dəniz dibində 160 km-dən çox məsafədə sürükləyərək kabellərə qəsdən zərər verdiyindən şübhələnirlər. Gəmi noyabrın 19-dan Katteqat boğazında, Baltik dənizini Şimal dənizi ilə birləşdirən keçiddə olub və Danimarka donanması tərəfindən izlənilib.

Bu gün İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında açıqlama verərək, hökumətinin məsələyə aydınlıq gətirilməsi üçün İsveç səlahiyyətliləri ilə əməkdaşlıq etməsi məqsədilə Çinə rəsmi müraciət göndərdiyini bildirib:
“Biz nə baş verdiyini dəqiq öyrənməyin son dərəcə vacib olduğunu düşünürük və əlbəttə ki, Çinin də göndərdiyimiz tələbi yerinə yetirməsini gözləyirik.”

Cavab olaraq, Çin Xarici İşlər Nazirliyi “həqiqəti öyrənmək üçün əlaqəli ölkələrlə əməkdaşlığa hazır olduğunu” bəyan edib.

Fidan Xəlilova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki