İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub.
İNFOAZ.WS xəbər verir ki, bu açıqlama ilə “Hürriyyət” qəzetinin əməkdaşı Hande Fırat çıxış edib.
O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb.
İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.