image-tbrz
image-ac4aa01a-3b38-4624-bb2e-79a6e69dc4b1backend

İsrail Qəzzanı bombaladı

İsrail ordusu Qəzzanı yenidən bombalayıb.

İNFOAZ.WS Habertürk’ə istinadla xəbər verir ki, Fələstin QızılAyı’nın verdiyi açıqlamada, İsrail ordusunun Qəzza Zolağının cənubunda, “təhlükəsiz bölgə” elan edilən əl-Məvasi bölgəsində məcburi köçkünləri və ərzaq anbarlarını bombaladığı bildirilib.

Səhiyyə mənbələrindən alınan məlumata görə, hücumda qadınlar və uşaqlar daxil olmaqla 20 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

Həmin ərazidə yanmış və parçalanmış cəsədlərin olduğu qeyd olunub.

Şahidlərin verdiyi məlumata görə, İsrail ordusuna məxsus helikopter Məvasidə zorla məcburi köçkünlərin çadırlarını və metal konstruksiyalı otaqları bombalayıb.
Həmçinin , düşərgədə yanğın baş verib.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki