image-tbrz
image-1238604backend

İsrail bu ərazini ələ keçirdi, İran bayrağı endirildi

İsrail hərbçiləri Livanın cənubundakı Marun ər-Rəs kəndində İran bayrağını götürərək, öz ölkələrinin bayraqlarını qaldırıblar.

İNFOAZ.WS teleqraf.com-a istinadən bildirir ki, bu barədə “Times of Israel” yazır.

İsrail sərhədindən bir kilometrdən az bir məsafədə yerləşən kəndin parkında SEPAH-ın “Qüds” briqadasının keçmiş komandiri Qasım Süleymaninin heykəli olub. Nəşr həmin parkın darmadağın edildiyini bildirir.

Bölgədəki son əməliyyatlardan sonra ərazidə İran bayrağı götürülərək, yerində İsrail bayrağı qaldırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki