image-tbrz
image-untitled-1backend

İşə Rəhimov qarışdı: Bütün imkanlarımdan və nüfuzumdan istifadə edəcəyəm

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti,  Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov  Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.

İNFOAZ.WS xəbər verir ki, Professor İlham Rəhimov News24.az-a açıqlamasında bildirib ki,  rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində  Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş  hadisəni  qəti şəkildə pisləyir və  bunu həyata keçirmiş  hüquq-mühafizə orqanlarının əməkdaşlarının  dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə  tələb edir.

İlham Rəhimov bildirib ki,  hadisədən xəbər tutan kimi dünən  Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı  məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.

Professor İlham Rəhimov  baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini  də qeyd edib.

Professor İlham Rəhimov eyni  zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə  xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki