image-tbrz
İran "Tramp yolu"nu qəbiristanlığa çevirəcəyi ilə hədələdi - TƏFƏRRÜATbackend

İran “Tramp yolu”nu qəbiristanlığa çevirəcəyi ilə hədələdi – TƏFƏRRÜAT

İran Rusiya ilə və ya Rusiyasız Cənubi Qafqazda “Tramp yolu”nun (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu – red.) yaradılmasının qarşısını alacaq .

İNFOAZ.WS savashmedia.az-a istinadla xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyinə deyib.

Onun sözlərinə görə, bu dəhliz guya regionun təhlükəsizliyini təhdid edir və onun geosiyasi xəritəsini dəyişir. Vilayəti Cənubi Qafqaz regionunu “ən həssas bölgələrdən biri” adlandırıb və bildirib ki, bu marşrut “Trampın dəhlizinə deyil, onun muzdluları üçün qəbiristanlığa” çevriləcək. Xameneinin müşaviri iddia edir ki, bu dəhliz regionun geosiyasi mövqeyini dəyişəcək, sərhədləri hərəkət etdirəcək… Vilayəti deyib ki, Tramp həmişə olduğu kimi yüksək səslə, lakin boş sözlər danışır: “Tramp özünü daşınmaz əmlak agenti hesab edir və özü üçün torpaq və ya ərazi icarəyə götürmək istəyir!” Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin sammiti keçirilib və yekunda prezident İlham Əliyev  və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar.

Bəyannamənin ayrıca bəndi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının açılmasına və maneəsiz rabitənin təmin edilməsinə həsr olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki