“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
İNFOAZ.WS xəbər verir ki, bununla bağlı təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.
Xatırladaq ki, İlhamə Elşadqızıya Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən “TikTok”erlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.