Qarabağ Zəfəri dünya üçün nümunə olub.
İNFOAZ.WS xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.
O bildirib ki, bu gün qlobal güc balansları dəyişib, konfliktlər artıb, yeni texnologiyaların çox sürətli şəkildə təsirini göstərdiyi dövrə gəlmişik: “Qarşımıza gələn təhlükələr sadəcə hərbi təhlükələrlə məhdudlaşmır. Artıq qlobal iqlim dəyişikliyi və digər təhlükələr də var. Türk dövlətləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Türkiyə qlobal məsələlərin həll olunması istiqamətində beynəlxalq hüququ əsas götürür. Qlobal hadisələrin bölgəmizə təsiri nəzərə alınmalıdır. Milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi Zəfər bütün dünyaya göstərdi. Qarabağ Zəfəri təkcə Azərbaycan, Türkiyə deyil, bütün türk dünyası, o cümlədən dünya üçün nümunə olub”.