image-tbrz
image-9backend

Həsənriz kəndinə daha 20 ailə yola salındı

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

İNFOAZ.WS  xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə – 72 nəfər köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir.

Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki