image-tbrz
Helikopter qəzaya uğradı - 5 nəfər öldübackend

Helikopter qəzaya uğradı – 5 nəfər öldü

Türkiyədə helikopter qəzaya uğrayıb.

İNFOAZ.WS NTV-yə istinadla xəbər verir ki, İspartada hərbi helikopter qəzaya uğrayıb. 5 nəfər dünyasını dəyişib.

Məlumata görə, İspartanın Keçiborlu rayonunda iki hərbi helikopter havada toqquşub.

Toqquşma nəticəsində helikopterlərdən biri qəzaya uğrayıb.

Qeyd edək ki, qəzaya uğrayan helikopterdə olanlardan biri general olmaqla 5 hərbçi şəhid olub.

Fatimə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki