image-tbrz
image-70ad4671-dd83-48b1-85d3-e62cfeefea07backend

Hələb şəhərinə raket zərbələri endirildi

Hələb şəhərinə raket zərbələri endirilib.

Suriyada müxaliflər Hələb şəhərinin mərkəzinə daxil olub.

İNFOAZ.WS Habertürk-ə istinadən bildirir ki , üç gündür Suriya ordusu ilə toqquşaraq qərbdən Hələb şəhərinin mərkəzinə doğru irəliləyən müxalif silahlı qruplar dünən -29 noyabr günorta saatlarında şəhərin Həmdaniyyə, Yeni Hələb və Zəhra kimi xarici məhəllələrində Suriya ordusunun müdafiə xətlərini yararaq Hələb şəhərinin mərkəzinə daxil olublar. Silahlı qruplar şəhərin mərkəzi hesab edilən Sadəllah Əl-Cabiri Meydanına qədər irəliləyiblər.

Hələb və İdlibdə 108 yaşayış məntəqəsi və nöqtə ələ keçirilib.

Digər tərəfdən, Rusiya qırıcı təyyarələrinin dünən axşam saatlarında Hələbin şimalındakı Mare rayonuna endirdiyi hava hücumunda müxaliflərə məxsus 8 nəfər həlak olub .

Noyabrın 27-28-də müxalif silahlı qruplar İdlib ətrafındada çox sayda ərazini ələ keçirib.

Qeyd edək ki , Hələb şəhərinin mərkəzinə girən müxalif silahlı qruplar , axşam saatlarında Hələb şəhərinin mərkəzi bölgələrinə qədər irəliləyiblər .

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki