image-tbrz
image-hecc-2-614x403backend

Həccə getmək istəyənlərin nəzərinə: Müddət uzadıldı!

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir:
“Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb”.
Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki