“TikTok çox lazımlı sosial şəbəkədir. Amma çoxları bu platformadan başqa məqsədlər üçün istifadə edir. Odur ki, sözügedən sosial şəbəkənin Azərbaycan seqmentində əxlaqsızlıq, tərbiyəsizlik və mədəniyyətsizlik baş alıb gedir”.
İNFOAZ.WS xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında sosial media eksperti Orxan Məhərrəmov deyib.
O, bildirib ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunur.
“Bu şəxslərə 30 sutka bəzən də aylarca həbs qərarı verilir. Bəzən bu şəxslər həbsdən çıxdıqdan sonra yenidən fəaliyyətinə davam edirlər. Təklif edirəm ki, bu şəxslər bir dəfəlik sosial mediadan uzaqlaşdırılsın.Ümid edirəm ki, gələcəkdə bununla bağlı xüsusi qanun qüvvəyə minər”.
Rauf,
İNFOAZ.WS