image-tbrz
image-havabackend

Hava ilə bağlı XƏBƏRDARLIQ: Çölə çıxmayın…

Sabah Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 23-27°, gündüz 34-38° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı və 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturunun gecə 23-27°, gündüz 35-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki