image-tbrz
image-b51af73d-3dfa-4e16-b814-f0e854801cdc-768x403backend

Hamı bu serialdan danışır: 11 gündə REKORD QIRDI

“Adolescence” Netflix-də yayımlanmağa başladığı ikinci həftəsində 66,3 milyon baxış yığaraq 80 ölkədə ən çox seyr edilən serial olub.

İNFOAZ.WS xəbər verir ki, filmin hekayəsi məktəbində oxuyan qızı bıçaqlayaraq öldürməkdə ittiham olunan 13 yaşlı Ceymidən bəhs edir.

İlk 4 gündə 24,3 milyon baxışla böyük bir başlanğıc edən “Adolescence”, 17-23 mart həftəsində daha 42 milyon baxış qazanmağı bacardı.

Netflix-in ən çox izlənilən istehsalı olan serial ümumilikdə 66,3 milyon baxışa çatıb. Bu rəqəm iki həftə ərzində Netflix-də mini serialın ən yüksək baxış sayı kimi qeydə alınıb. Üstəlik, Britaniya cinayət hekayəsi buna cəmi 11 gün ərzində nail olub.

Serialda baş rollarda Stiven Qrem, Ashley Walters, Erin Doherty, Faye Marsay, Christine Tremarco və gənc aktyor Owen Cooper çəkilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki