Gürcüstanın Qərbə inteqrasiya yolundan çəkilməsi etirazlara səbəb olub.
İNFOAZ.WS The New York Times’ ə istinadla bildirir ki, minlərlə insan Qafqaz ölkəsinin hökuməti Avropa İttifaqına qoşulmaq üzrə danışıqları dayandırdığını elan etdikdən sonra küçələrə çıxıb.
29 noyabr Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük üçün müraciətini dörd il müddətinə dayandırdığını açıqlamasından sonra Tbilisidə, Gürcüstanın paytaxtında minlərlə insan parlament binasının önündə gecə boyunca etiraz edib.
Bu açıqlama, Rusiya və Çinə yönləndirən hakim Gürcü Arzusu Partiyası arasındakı münaqişəni daha da dərinləşdirib.
Etirazçılar Tbilisinin əsas prospektini bağlayaraq “qullar” və “ruslar” şüarları səsləndiriblər. Daha sonra çevik polis qüvvələri tərəfindən dağıdılıblar.
Bildirək ki, polis etirazçıları parlament binasının qarşısından uzaqlaşdırmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Polis həmçinin 32 əməkdaşın xəsarət aldığını bildirib.
Fatimə Məmmədova