image-tbrz
Gürcüstanda etirazçılarla polis arasında toqquşmabackend

Gürcüstanda etirazçılarla polis arasında toqquşma

Gürcüstanda polis və etirazçılar toqquşub.

İNFOAZ.WS New York Times -ə istinadla bildirib ki, Hökumətin Avropa İttifaqına üzvlük müraciətini dayandırmaq qərarı minlərlə etirazçını küçələrə çıxarıb. Gürcüstanın paytaxtında etirazçılar və polis 1 dekabr gecə saatlarında qarşı-qarşıya gəlib.

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin hökumətin Aİ-yə üzvlük prosesini 2028-ci ilə qədər dayandıracağını elan etməsi cəmiyyətdə geniş narazılığa səbəb olub.

Bazar günü minlərlə nümayişçi Gürcüstanın Parlament binasının qarşısına toplaşaraq, ölkənin qırmızı-ağ bayrağı ilə aksiyalarda iştirak edib, hökumətin siyasətinə qarşı narazılıqlarını ifadə edib.

Hadisə yerindən paylaşılan videolara görə, qarşıdurma şiddətlənib.

Qeyd edək ki, etirazlar başladığından bəri bir neçə polis məmurunun və 42 nazirlik əməkdaşının yaralandığı bildirilib.

Bildirək ki, 150 yerlik parlamentdə 61 yer qazanmış müxalifət yeni parlament iclaslarını boykot edib.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki